Belarusda iki mindən çox insan saxlanılıb

  • By admin
  • 11 Avqust 2020 22:46

Təkcə ötən gün ərzində Belarusda iki mindən çox insan saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, avqustun 10-da müxtəlif internet resurslarında ölkənin müxtəlif yaşayış məntəqələrinin mərkəzi hissəsində icazəsiz tədbirlər keçirmək çağırışları səslənib. Daxili İşlər Nazirliyi asayişi qorumaq və ictimai təhlükəsizliyi təmin etmək üçün lazımi tədbirlər həyata keçirib.

 

 

Gununsesi.info