Belarusda PUA-ların saxlanması və istismarı qadağan edildi

  • By admin
  • 26 Sentyabr 2023 11:28
pua dron

Belarus prezidenti Aleksandr Lukaşenko PUA-ların fiziki şəxslər tərəfindən Belarus ərazisinə gətirilməsinə, mülki PUA-ların saxlanmasına, dövriyyəsinə, istismarına və istehsalına qadağa qoyan fərman imzalayıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, sənəd ictimai təhlükəsizliyin təmin edilməsinə və mülki pilotsuz uçuş aparatlarının və hava gəmilərinin modellərinin dövlət qeydiyyatına alınması, habelə onlardan istifadə qaydalarının tənzimlənməsinə yönəlib.

Müəyyən edilib ki, mülki PUA-ların Belarus ərazisinə gətirilməsinə, saxlanmasına, dövriyyəsinə, istismarına və istehsalına yalnız sahibkarlıq və peşə fəaliyyəti məqsədləri üçün bu fərmanda müəyyən edilmiş tələblərə uyğun olaraq təşkilatlara və fərdi sahibkarlara icazə verilir.

Fərmanda hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus mülki PUA-ların dövlət qeydiyyatı üçün avtomatlaşdırılmış informasiya sisteminin yaradılması da nəzərdə tutulub.

Səid Əhmədli
Gununsesi.info