Belarusdan rusları qəzəbləndirəcək addım: İMTİNA ETDİLƏR

  • By admin
  • 14 Mart 2022 10:47

Belarus xüsusi təyinatlıları Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etməkdən imtina edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

“Belarus Respublikası silahlı qüvvələrinin Ukraynada müharibə aparmağa hazırlığı baxımından: xüsusi əməliyyat qüvvələrinin yüksək rütbəli rəsmilərindən birinin bəyanatına əsasən, respublika silahlı qüvvələrinin xüsusi təyinatlıları Ukrayna ilə müharibədə iştirak etməyəcək”, – məlumatda deyilir.

Qeyd edək ki, martın 12-də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Belarus Respublikası ordusunun Ukraynaya qarşı müharibədə iştirak təhlükəsinin qaldığını bildirib. Onun sözlərinə görə, Aleksandr Lukaşenko hələ də Belarus ordusunu savaşa cəlb etməyə cəsarət etmir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Belarusun hərbi rəhbərliyi Ukrayna ilə sərhədin mühafizəsini gücləndirmək üçün tədbirlər görməkdə davam edir.

Gununsesi.info