Belarusdan şok: Polşaya zərbə endirəcəyik!

  • By admin
  • 07 İyul 2022 20:08

Qərbin mümkün provokasiyasında Belarus qüvvələri Polşa infrastrukturuna zərbə endirəcək.

Gununsesi.info xəbər verir ki, bu sözləri Belarus Baş Qərargah rəisinin müavini Ruslan Kosıgin deyib.

O bildirib ki, Baltik ölkələri kimi, Polşa da ABŞ-ın Rusiya və müttəfiqlərinə qarşı qanlı müharibə başlatması üçün poliqona çevrilir:

“Bunu ilk növbədə Polşa rəhbərliyi başa düşməlidir. Münaqişə baş verəcəyi təqdirdə Polşa ərazisi hərbi infrastrukturu ilə birlikdə zərbənin əsas hədəfinə çevriləcək”.

Gununsesi.info