Belarusdan Ukraynaya 25 raket atıldı

Bu gün səhər saatlarında Belarusun Qomel vilayəti ərazisindən Ukrayna ərazisinə 25-dək raket zərbəsi endirilib.

Bu barədə Belarus teleqram kanalı məlumat yayıb.

Məlumatda Belarusun Zyabrovka aerodromundan raketlərin buraxılışı nümayiş etdirib.

Ümumilikdə saat 05:23-dən 06:29-a kimi 25-ə yaxın raket buraxılıb. Partlayışların Kiyev və Çerniqov vilayətlərində olduğu barədə məlumatlar var”, –  məlumatda bildirilir.

Ehtimal edilir ki, “İsgəndər”dən ən azı 6 raket də atılıb.

Mətbu orqanı onu da qeyd edib ki, bu aerodromda hələ də 10-a qədər S-300/400 zenit-raket kompleksi var. Orada ən azı 2 “İsgəndər” operativ-taktiki raket kompleksinin yerləşdirildiyi güman edilir.

Gununsesi.info