Belarusun Baş prokurorluğu hazırda bir müddət öncə Minskdə saxlanılan məhşur rus-israil blogeri Aleksandr Lapşinin Azərbaycana verilməsi məsələsini araşdırmaqla məşğuldur.
Gununsesi.info xəbər verir ki, bu barədə “rian.ru”-ya Belarus Baş prokurorluğundan məlumat verilib.
Belarus Baş Prokuroluğundan bildirilib ki, hələlik ekstradisiya ilə bağlı konkret qərar qəbul edilməyib.
Prokurorluq nümayənədəsi bildirib ki, Azərbaycan tərəfindən sorğu alınıb və hazırda hadisə ilə bağlı bütün detallar araşdırılır: “Ancaq konkret qərar qəbul edilməyib”.
A.Lapşin 2016-ci ilin dekabrında Minskdə saxlanılıb və işğal olunmuş Azərbaycan torpaqlarına səfər etdiyinə görə, Bakının “qara siyahısı”na salınıb. Bundan sonra Azərbaycan bu şəxs barəsində Miqrasiya Məcəlləsinin dövlət sərhəddini pozmağa görə beynəlxalq axtarış elan edib.
Gununsesi.info