Belarusun Haaqadakı səfirliyinə hücum olub

  • By admin
  • 02 İyul 2023 15:40

Naməlum şəxslər Belarusun Haaqadakı səfirliyinə hücum ediblər.

Gununsesi.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə TASS-a Belarus diplomatik nümayəndəliyindən məlumat verilib.

Məlumata görə, hadisə iyulun 1-dən 2-nə keçən gecə baş verib.

Binanın pəncərələri zədələnib, divarlara qraffitilər çəkilib.

Gununsesi.info