“Belarusun işğalına imkan vermərəm” - LUKAŞENKO

  • By admin
  • 24 Yanvar 2022 15:20

“Belarusun işğal edilməsinə mən heç vaxt imkan vermərəm”.

Gununsesi.info BelTa-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Dövlət Sərhəd Komitəsinin sədri Anatoli Lappo ilə görüşündə bildirib.

“Mən heç vaxt rəqiblərimlə mübahisə etmək səviyyəsinə enməmişəm, amma bu gün “Belarus işğal edilib” ifadəsinin oxuyandan sonra təəccübləndim. Baş komandan olaraq mən fikir verməmişəm. Bəlkə “Belarusun işğalı” xəbərini sən mənə verməyibsən?”,- Aleksandr Lukaşenko komitə sədri Anatoli Lappodan istehza ilə soruşub.

Qeyd edək ki, Aleksanrd Lukaşenko Belarus dövlət sərhədinin mühafizəsinin gücləndirilməsi haqqında qərarı təsdiqləyib. Bildirilib ki, 2022-ci ildə Ukrayna istiqamətində dövlət sərhədinə daha çox diqqət ayrılacaq.

 

 

Gununsesi.info