Belarusun Krımı tanımağının vaxtı çatıb - Şeremet

  • By admin
  • 30 May 2021 20:10

Belarusun Krımın Rusiya statusunu tanımağın və yarımada ilə sıx iqtisadi əlaqələr qurmağın vaxtı gəlib çatıb.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bunu rusiyalı deputat Mixail Şeremet deyib.

“Qərb ölkələrinin bu cür münasibətindən sonra Belarusun niyə Krımın Rusiya statusunu tanımaq və bölgə ilə sıx iqtisadi əlaqələr qurmağa başlaması üçün ədalətli və qardaşyana qərar vermədiyinə təəccüblənirəm. Biz Belarusa təzyiq etmirik, istəyirik ki, onlar bu qərarı özləri versinlər”, – Şeremet bildirib.

Gununsesi.info