Belarusun MSK sədri Hökumət evindən təxliyə edilib

Ötən gecə prezident seçkilərinin ilkin nəticələrinə etirazlar fonunda Belarusun Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Lidiya Yermoşına və MSK-nın digər üzvləri Hökumət evindən təxliyə edilib.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu MSK sədrinin özü bildirib.

“Biz gecə saat 1-ə yaxın Hökumət evindən təxliyə edilmişik”, – deyə sədri respublikada prezident seçkilərindən sonra nəticələrin hesablanmasını şərh edərkən bildirib.

Xatırladaq ki, Minskdə gecə saatlarında kütləvi qarşıdurmalar başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə əsasən, bir nəfər həlak olub.

Gununsesi.info