Belçika-Azərbaycan oyunu azarkeşsiz keçiriləcək

Azərbaycan millisi futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədilə yanvarın 17-də səfərdə Belçika yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Gununsesi.info xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq, oyun azarkeşlər üçün qapalı olacaq.

HTML tutorial

Qeyd edək ki, yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Gununsesi.info