Belçika çempionatında mövsümün ləğvi rəsmiləşdi

  • By admin
  • 06 May 2020 20:10

Belçika Milli Təhlükəsizlik Şurası peşəkar futbol klublarının iyulun 31-dək oyun keçirməsini qadağan edib.

Gununsesi.org-un yerli mətbuata istinadən məlumatına görə, bu isə ölkə çempionatının və kubok yarışının vaxtından əvvəl başa çatması deməkdir.

Yekun qərarın mayın 15-də veriləcəyi bildirilib. Həmin vaxt 29 turdan sonra 70 xalla lider olan “Brügge” çempion elan olunacaq, eyni zamanda avrokubokların iştirakçıları müəyyənləşəcək.

Yeni mövsümün isə avqustun 8-də start götürə biləcəyi vurğulanıb.

 

 

Gununsesi.org