Belçikanın xarici işlər naziri Haca Ləhbib iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ilə görüşündə ni ölkədə saxlanılan məhbus Oliver Vandecasteelen geri qaytarılması tələbini irəli sürüb.
Gununsesi.info xəbər verir ki, Belçikanın XİN rəhbəri Haca Ləhbib bunu öz social hesabında yazıb.
Nazir həmçinin Vandecasteelen saxlanma şəraitini ciddi şəkildə pisləyib.
Vandecasteele İranda “casusluq, çirkli pulların yuyulması və valyuta qaçaqmalçılığı” ittihamları ilə mühakimə olunub. Orada 8 ay saxlanıldıqdan sonra 40 il həbs cəzasına məhkum edilib.
Ailəsi onun səhhətinin pisləşdiyini bildirərək ölkəsinə təcili geri qaytarılması üçün kampaniya təşkil edib.
Qeyd edək ki, Belçika Federal Məclisi ötən ilin iyulunda İranla məhbus mübadiləsinə icazə verən saziş imzalayıb.
Müxalifət razılaşmanı tənqid edərək, bunun “terrorçuluq” ittihamı ilə Antverpen Məhkəməsi tərəfindən 20 il həbs cəzasına məhkum edilmiş iranlı diplomat Əsədullah Əsədin xilası kampaniyasının bir hissəsi olduğunu iddia edib.
Müqavilənin ləğvi üçün Konstitusiya Məhkəməsində iddia qaldırılsada, məhkəmə martın 3-də etirazı rədd edib.
Beləliklə, Belçikada həbsdə olan iranlı diplomat Əsedullah Əsedi ilə Oliver Vandecasteelen mübadiləsinə yol açılıb.
Tərcümə:
Şəbnəm
Gununsesi.info