Belçika klubundan Türkiyəyə dəstək: Stadion Türkiyə bayrağına büründü/ FOTOLAR

  • By arzu
  • 08 Fevral 2023 17:12

Belçika və Hollandiyadan yaşanan zəlzələdən sonra Türkiyəyə dəstək addımları gəlib

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın tanınmış “Gent” klubu Qəhrəmanmaraşda yaşanan zəlzələdən sonra stadionunu Türkiyə bayrağına bürüyüb.  Futbol arenasını ay-ulduzlu qırmızı rəngə boyayan futbol klubu müsbət addımı ilə alqışları üzərinə çəkib.

HTML tutorial

yeri gəlmişkən, futbol dünyası yaşanan zəlzələyə səssiz qalmayıb.

Türkiyədə top qovan xorvat qapıçı Andrija Vukoviç ölkəsidən gələn axtarış-xilasetmə heyətin fotolarını paylaşaraq “Xorvatiya hər zaman səninlədir. Keçmiş olsun, Türkiyə” mesajını yazıb.

Hollandiyada isə Türkiyə və Suriyada yaşanan zəlzələlər səbəbi ilə üzüntülərini bu həftə oyanılacaq hər qarşılaşma zamanı 1 dəqiqəlik sükut duruşu ilə ifadə edəcəklər.

Holandiyanın ali futbol qurumu açıqlamada bunları vurğulayıb:

Türkiyə və Suriyada yıxıcı zəlzələdən təsirlənən hər kəsin yanındayıq. Bu axşam və bu həftə oynanılacaq bütün qarşılaşmalarda həyatını itirənlər və zərərçəkənlər üçün sükutla yadetmə dəqiqəsi tətbiq ediləcək”.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info