Belçika səfiri Julyen de Fraypont Azərbaycanla Ermənistan arasında sülh razılaşmasından danışıb.
Gununsesi.info-nun xəbərinə görə, ölkənin Milli Günü-Kral günü münasibətiylə təşkil olunan qəbulda çıxış edən diplomat deyib:
“Ermənistanla münasibətlərdə son zamanlar atılan cəsarətli addımlara görə Azərbaycan rəhbərliyini təbrik etmək istəyirəm. Normallaşma sazişinin yekunlaşdırılması, razılaşdırılmış konkret nəqliyyat layihələri, eləcə də son dövrlərdə həyata keçirilən etimad quruculuğu tədbirləri davamlı sülhün bərqərar olunması baxımından təməl rolunu oynayır. Bu, həm regionda, həm də regiondan kənarda hər kəsə faydalı olacaq. Bu, ümid və ilham mənbəyidir”.
Pərviz
Gununsesi.info













