Belçika səfirindən xanım hüquq müdafiəçilərinə bayram jesti

  • By admin
  • 08 Mart 2026 16:22

Beynəlxalq Qadınlar Günü münasibətilə Belçika Krallığının Azərbaycandakı səfiri Jülyen de Frepon bir sıra qabaqcıl qadın hüquq müdafiəçilərini və diplomatik korpusun nümayəndələrini bir araya gətirən səhər yeməyi təşkil edib. 

Səfirlikdən Gununsesi.info-ya verilən məlumata görə, görüş gender bərabərliyinin təşviqi istiqamətində əldə edilmiş nailiyyətləri və qarşıda duran vəzifələri nəzərdən keçirmək üçün bir imkan yaradıb:

“Müzakirələr Azərbaycanda və onun hüdudlarından kənarda gender bərabərliyi, qadınların iqtisadi imkanlarının genişləndirilməsi və cəmiyyətdə qadın səsinin dəstəklənməsinin vacibliyi ətrafında aparıldı” deyə açıqlamada bildirilir.

Firuzə Mahmudova

Gununsesi.info