Belçika səsvermə yaşını 16-ya endirir

  • By admin
  • 13 Aprel 2023 18:27

Belçikada vətəndaşların səsvermə hüququnun 16 yaşa endirilməsi ilə bağlı qanun təklifi verilib.

Gununnsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Flandriya bölgəsində yerli seçkilərdə səsvermə yaşının azaldılması ilə bağlı Sosialist Partiya Voorit tərəfindən təklif irəli sürülüb. Verilən təklifə əsasən, yaşı 16 və daha çox olanların səsvermə hüququ olacaq.

Qanun təklifi ilə bağlı yay ayınadək qərarın verilməsi və növbəti ildəki yerli seçkilərdə bu qərar uyğun hazırlıqların edilməsi hədəflənir.

Belçikada sosialistlərin verdiyi bu təklifə Xristian Demokratlar və Liberallar da dəstək verir.

Tərcümə: Arzu Sayadoğlu

Gununnsesi.info