Belçikanın Azərbaycandakı səfirliyi İranın Naxçıvan Muxtar Respublikasına yönəlmiş hücumlarını pisləyib.
Gununsesi.info xəbər verir ki, səfirlik bu barədə “X” hesabında paylaşım edib.
“Səfirlik Naxçıvan Muxtar Respublikasına edilən hücumlardan sonra Azərbaycanla tam həmrəy olduğunu bildirir. Mülki şəxslərin həyatını təhlükə altına alan, Azərbaycanın suverenliyini və beynəlxalq hüququ pozan bu hücumlar qətiyyətlə pislənir. Zərərçəkənlərin tezliklə sağalması arzu olunur”.
Günay












