Belçikada ermənilər Azərbaycan vətəndaşlarına hücum etdi - VİDEO

Ermənistan vətəndaşlarının Avropada azərbaycanlı gənclərə qarşı vandalizmi davam edir.

Gununsesi.org xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə bir neçə erməni gənc təxribat törədərək azərbaycanlı gənclərə hücum ediblər. Onlar həmyerlilərmizə qarşı fiziki zorakılıq göstərib, Azərbaycan xalqını təhqir ediblər. Eduard Baqramyan adlı şəxs isə törədilən cinayəti lentə alıb.

Tanınmış satirik yazar Mirzə Sakitin oğlu Cahandar da dünən keçirilən aksiya zamanı ermənilər tərəfindən döyülüb. O, bu barədə oğlunun fotosunu sosial şəbəkədə paylaşaraq bildirib.

Qeyd edək ki, bundan əvvəl “REAL TV”nin əməkdaşı Xatirə Sərdarqızı da Belçikada ermənilərin hücumuna məruz qalmış, başından yaralanmışdı.

Xatırladaq ki, Ermənistan tərəfindən 12 iyul tarixindən başlayan təxribatlarla bağlı orduya dəstək məqsədilə son 10 gün ərzində 25 ölkədə 56 aksiya keçirilib.  Aksiyalar zamanı Belçikada 10 nəfərədək – (4 nəfər xəstəxanaya müraciət edib, o cümlədən, 1 qadın jurnalist), ABŞ, Los- Ancelesdə isə 30-a yaxın (5 nəfər xəstəxanaya müraciət, o cümlədən 1 qadın) soydaşımız xəsarət alıb. Həmçinin Polşa, Niderland və Fransada da vətəndaşlarımızın üzərinə butulka, daş, şüşə parçaları, partlayıcı vasitələr atılıb. Maşınlar əzilərək aşırdılmağa cəhd edilib, səfirliyin binalarına ziyan vurulub”.

 

 

 

 

Gununsesi.org