Belçikada qələbə sevincini yaşayan mərakeşlilər - Küçələri zibillədilər, ictimai nəqliyyatın işini pozdular

  • By admin
  • 28 Noyabr 2022 00:07

Bu gün dünya futbol çempionatında Mərakeş Belçikanı 2:0 hesabı ilə udub.

Hazırda Brüsseldə olan tanınmış siyasətçi Gültəkin Hacıbəyli müşahidələrini yazıb. 
Gununsesi.info həmin qeydləri təqdim edir: 

HTML tutorial


Brüsseldə səsdən-küydən qulaq batırdı. Ərəblər fişəng atır, durmadan siqnal verir, petarda partladırdı.

Küçələri xeyli zibillədilər, ictimai nəqliyyatın işini pozdular, insanların əsəblərinə toxundular.

Belçikalılar da səbrlə, təmkinlə ölkələrindən qaçıb onlara sığınan, hər cür qayğı ilə əhatə olunan, əksəriyyəti hətta Belçika vətəndaşı olan mərakeşlilərin Belçika üzərində qələbənin eyforiyasını belə eybəcər şəkildə yaşamasını seyr edirdi. Vallah, halal olsun belçikalılara, dünyanın ən gözəl, ən tolerant insanlarıdır…

Soruşuram ki, niyə sevinirsiniz?
Deyirlər, Mərakeş gözəldir. Deyirəm, Belçika pisdir ki?
Deyirlər, əlbəttə, Mərakeş daha gözəldir.

Atam, Mərakeş daha gözəldirsə çirkin, pis Belçikada niyə yaşayırsan, get gözəl məmləkətində yaşa da!

Adamlar 20 ildir Avropa pasportu daşıyır, düşüncə hələ də Avropaya gəlib çatmayıb.

Günay

Gununsesi.info