Belçikalı senator yenidən AŞPA-nın prezidenti seçilib

  • By admin
  • 25 Yanvar 2021 16:42

Hendrik Daems daha bir il müddətinə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti seçilib.

 

Gununsesi.org “Report”a  istinadən xəbər verir ki, Belçikadan olan senator 2020-ci ildən qurumun prezidenti vəzifəsini icra edirdi və bu il eyni posta yeganə namizəd idi.

Xatırladaq ki, AŞPA prezidentliyinə növbəti seçkilər 2022-ci ilin yanvarında baş tutacaq. Onda qurumun prezidenti Avropa Xalq Partiyasından seçiləcək.

Gununsesi.org