Neftçalada 926 nəfər ilk dəfə səs verəcək

  • By Günel
  • 22 Yanvar 2025 19:45

70 saylı Neftçala seçki dairəsində yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində ilk dəfə 926 nəfər səs verəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Seçki Komissiyasının sədri Ülvi Məmmədzadə məlumat verib.

O bildirib ki, həmin gün 18 yaşı tamam olan 2 seçici də ilk dəfə səsvermə hüququndan istifadə edəcək.

Qeyd edək ki, 70 saylı Neftçala DSK-nın əhatə etdiyi ərazidə 48 seçki məntəqəsi yaradılıb, 51 min 478 seçicinin seçkilərdə iştirakı gözlənilir.

Dairədə 7 bələdiyyə uğrunda qeydiyyata alınmış 169 namizəd mübarizə aparacaq.

Gununsesi.info