Belqorod vilayətində silah-sursat anbarı yandı - VİDEO

  • By admin
  • 19 Avqust 2022 09:14

Rusiyada Belqorod vilayətində silah-sursat olan anbar yanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov “Telegramda” məlumat verib .

“Valuysk şəhərinin Timonovo kəndi ərazisində döyüş sursatı olan anbar yanıb. Son məlumatlara görə, ölən və xəsarət alan yoxdur. Rayon rəhbəri Timonovo və Soloti kəndlərinin sakinlərini təhlükəsiz məsafəyə aparır”, – o, yazıb.

Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.

Yerli “Telegram” kanalları yanğının videosunu dərc yayımlayıblar.

Gununsesi.info