Belqorordun atəşə tutulması terror aktıdır - Zaxarova

  • By ilhame
  • 30 Dekabr 2023 21:05

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Silahlı Qüvvələrinin Belqorodu atəşə tutmasını terror aktı adlandırıb.

 

Gununsesi.info xəbər verir ki, Zaxarova baş vermiş hadisənin BMT Təhlükəsizlik Şurasında araşdırma mövzusu olacağını, Rusiyanın artıq iclasın keçirilməsini tələb etdiyini söyləyib.

Onun sözlərinə görə, Belqorodda baş verən terror aktının arxasında Böyük Britaniya dayanır, London ABŞ-la koordinasiyada Kiyevi terror aktları törətməyə təhrik edir.

Rusiya tərəfi Ukrayna tərəfinin Belqoroda endirdiyi zərbə nəticəsində 2-si uşaq olmaqla 14 nəfərin öldüyünü, 108 nəfərin yaralandığını açıqlayıb.