
Serbiyanın paytaxtı Belqradda raket istehsal edən zavodda güclü partlayış baş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
“Edepro” dolu əleyhinə raket zavodunda baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 15-i xəsarət alıb.
Hadisə yerinə yanğınsöndürən və həkim briqadaları cəlb edilib.
Gununsesi.info