Benjamin Franklin şair istisna olmaqla hər şeydir.
Benjamin Fraklindən belə bəhs edilmişdir: Amerikanın yüksək intellektə sahib olan şəxslərindən biri yazıçı, satirist, siyasi nəzəriyyəçi, siyasətçi, poçtmeyster, alim, ixtiraçı, dövlət xadimi və diplomat kimi titullara sahib olan Franklin, Tomas Cefferson və Con Adams ilə birlikdə ABŞ müstəqillik bəyənnaməsini hazırlamış və ABŞ-ın qurucularından biri olmuşdur. Eyni zamanda günəş işığından yararlanmaq üçün saat tətbiqini ilk dəfə o istifadə edib. Bir çox sahələrdə uğurlu olmuş Franklinin həyatında istifadə etdiyi 13 prinsip mövcuddur.
1) Ölçünüzü bilin. Partlayacaq qədər yemə, sərxoş olacaq qədər içmə
2) Səssizlik. Başqalarına və ya özünə bir faydan dəyəcəksə danışma. Boş-boş danışmaqdan pis şey yoxdur.
3) Düzənli olun. İşlərini yerində və vaxtında həll et.
4) Qərarlılıq. Etməli olduğun şeylərə qərar var. Etməyə qərar verdiklərini qüsursuzca et.
5) Qənaətcillik. Sənə və ya başqasına faydası olmayacaqsa pul xərcləmə. İsrafçılıq etmə
6) Çalışqanlıq. Zaman itirmə, hər zaman edəcək faydalı şeylər tap. Tüm lazımsız məsələləri həyatından sil.
7) Səmimiyyət. Zərər verici hərəkətlərdən uzaq dur. Aydın və ədalətli düşün və buna uyğun olaraq davran.
8) Ədalətlilik. Gördüyün işlərdə faydalı və zərərli şeyləri doğru dəyərləndir.
9) Özünü ələ al. Sənə səhv edənlərə qarşı səbrli ol.
10) Təmizlilik. Bədənində, paltarlarında çirklilik olmamasına diqqət et.
11) Rahatlıq. Kiçik məsələləri böyütmə. Tez-tez baş verən kiçik qəzaları dərd etmə.
12) Alicənablıq. Öz həyat yoldaşına və uşaqlarına qarşı yaxşı davran. Kiminsə rahatlığına zərər verəcək vərdişlərdən qaç.
13) Təvəzökarlıq. İnsanlarla ünsiyyətdə yaxşı ol, Sokratdan dərs götür.
Gununsesi.info