Benyamin Netanyahu: “İsraillə Azərbaycan arasında mükəmməl münasibətlər mövcuddur”

  • By admin
  • 13 Dekabr 2016 15:51

netan-ilham

“İsraillə Azərbaycan arasında mükəmməl münasibətlər və uzunmüddətli dostluq mövcuddur”.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bunu İsrail baş naziri Benyamin Netanyahu Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

O, Azərbaycana ikinci dəfə səfər etməkdən məmnun olduğunu bildirib:

“Sizin qoruduğunuz inklüzivlik və tolerantlıq ənənəsi sayəsində yəhudi milləti burada özünün çox rahat hiss edir. Eyni zamanda İsraildə də Azərbaycandan olan yəhudilər yaşayır və onlar iki dövlət arasında körpü rolunu oynayır”.

Baş nazir həmçinin Azərbaycan prezidenti ilə enerji məsələlərini müzakirə edəcəyini bildirib.

Gununsesi.info