Benzema üçün millinin qapıları açılır

  • By admin
  • 22 Noyabr 2016 22:06

benzema

 

“Real”ın futbolçusu Kərim Benzema yenidən Fransa millisinə çağırıla bilər.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bunu illinin baş məşqçisi Didye Deşam deyib.
O, Benzema ilə aralarında heç bir problem olmadığını bildirib:

“Mənim Benzemayla heç bir problemim yoxdur. Bunu media yaradıb. O, bizim üçün önəmli bir futbolçudur”.

Qeyd edək ki, Benzema millidəki komanda yoldaşı Mateyu Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün Fransa yığmasından uzaqlaşdırılıb.

Gununsesi.info