Benzia 5 il yarım sonra milliyə çağırılıb

  • By ilhame
  • 18 Mart 2024 20:17

“Qarabağ”ın futbolçusu Yassin Benzia Əlcəzair millisinə çağırılıb.

 

Gununsesi.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, martın 23-də Boliviya, 27-də isə CAR-la yoldaşlıq matçları üçün milliyə dəvət alıb. 29 yaşlı yarımmüdafiəçinin Ağdam təmsilçisində uğurlu çıxışından sonra futbolçu 5 il yarımdan sonra ilk dəfə millinin heyətində yer alıb.

 

Qeyd edək ki, Y.Benzia sonuncu dəfə 2018-ci ilin noyabrında Əlcəzair yığmasına çağırılmışdı.

Gununsesi.info