Azərbaycana xaricdən idxal olunan “AI-95” Premium markalı benzinin qiymətində artım baş verib.
Gununsesi.info xəbər verir ki, artıq yanacaqdoldurma məntəqlərində yeni qiymətlər tablolara vurulub. “AI-95 Premium” markalı benzinin yeni qiyməti 1,05 AZN olub. Bu markalı benzinin bundan əvvəlki qiyməti 0.95 AZN-ə satılırdı.
Qeyd edək ki, qiymət artımı Azərbaycanda istehsal olunan və çoxluğun istfadə etdiyi “AI-92” markalı benzinə şamil edilməyib. “AI-92” markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.
“AI-95” Premium markalı benzin isə ölkəyə xaricdən gətirilir və qiyməti sərbəst təyin edilir.
Gununsesi.info