Xəbər verildiyi kimi, hökumət oktyabrın 15-nə kimi benzinin idxalını həyata keçirəcək. İndiyədək isə yalnız Aİ-98 markalı yanacağ idxal edilirdi. Hazırda ölkədəki neftayırma zavodlarında gedən təmir işləri ilə əlaqədar olaraq, hökumət daxili təlabatı ödəmək üçün 60 gün ərzində 95 oktandan aşağı markalı benzini idxal etmək məcburiyyətində qalıb. Çox güman ki, xaricdən benzin alışını “AzTrans” və SOCAR Petrolium” şirkəti həyata keçirəcək.
Gununsesi.info iqtisadçı-ekspert Samir Əliyevə istinadən bildirir ki, SOCAR avqustun növbəti günləri ərzində ölkəyə 45 min ton 92 markalı benzin idxal edəcək.
İqtisadçı əlavə edir ki, benzin Yunanıstan, Rumıniya və Rusiyadan gətiriləcək: “Bu benzini almaq üçün dövlət şirkətinə təxminən 20-30 miyon dollar tələb olunacaq. Həmin dollarlar güman ki bazardan alınacaq. Deməli, bazarda dollara tələbat bir az da artacaq”.
Vüsalə RÜSTƏMOVA
Gununsesi.info