Berbok və Lavrov Ukraynadakı vəziyyəti müzakirə edib

  • By admin
  • 28 Yanvar 2022 17:19

Almaniyanın xarici işlər naziri Annalena Berbokla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, nazirlər Ukraynada vəziyyətin tənzimlənməsi üzrə “Normand formatı”nın işini dəstəklədiklərini söyləyiblər.

Sergey Lavrov almaniyalı həmkarı ilə Rusiyanın təhlükəsizlik təklifləri üzrə ABŞ və NATO-nun cavabı ilə bağlı fikir mübadiləsi edib.

Xatırladaq ki, ABŞ və NATO yanvarın 26-da Rusiyanın təkliflərinə yazılı cavab göndərib.

Qeyd edək ki, Annalena Berbok yanvarın 16-da Kiyevə, 18-də isə Moskvada səfərdə olub. Onun gələn həftə Ukraynaya yenidən səfər edəcəyi gözlənilir.

 

Gununsesi.info