
Almaniyanın xarici işlər naziri Annalena Berbok etirazçılara qarşı vəhşiliyə görə məsuliyyət daşıyan İran hakimiyyətini Aİ-yə giriş qadağası və aktivlərinin dondurulmasına çağırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Bild am Sonntag” məlumat yayıb.
“Biz Aİ-nin bu qəddar repressiyaya görə məsuliyyət daşıyanlara giriş qadağası qoymasını, habelə onların Aİ-dəki aktivlərini dondurmasını təmin edəcəyik” – nazir qeyd edib.
Xatırladaq ki, İran əhalisi hicabı “yanlış” geyindiyi üçün saxlanılan Məhsa Əmininin ölümündən sonra sentyabrın 18-dən etiraz aksiyası keçirir.
Gununsesi.info