Beren Saat yeni layihədə rol alıb

  • By ilhame
  • 31 İyul 2024 22:34

Türkiyəli aktrisa Beren Saatın yeni layihəsi bəlli olub.

 

Gununsesi.info “Cumhuriyyet”ə istinadən xəbər verir ki, aktrisa “Gizli Dolap” filmində rol alacaq.

 

Ekran işini “Bergen” və “Bihter” filmlərini çəkən Caner Alper ilə Mehmet Binay lentə alacaq.

 

Filmin çəkilişlərinə payızda başlanılması planlaşdırılır.

 

Xatırladaq ki, Beren son olaraq “İstanbul için son çağrı” filmində Kıvanç Tatlıtuğla birgə rol alıb.

Gununsesi.info