Beril qasırğasından 260 mindən çox insan zərər çəkib - BMT rəsmisi

Karib hövzəsinə təsir edən Beril qasırğasından 260 mindən çox insan zərər çəkib.

Gununsesi.info xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Humanitar Yardım Koordinasiya Ofisinin (OCHA) sözçüsü Vanessa Huguenin bildirib.

Qasırğanın sürətlə güclənməsi baxımından çox bənzərsiz olduğunu ifadə edən Huguenin, əvvəlcə Qrenada və Saint Vinsentdə görülən dağıntı izi buraxan, daha sonra Yamaykanı təsirləndirən Beril qasırğasının bu gün və həftə sonu Beliz və Meksikaya da təsir edə biləcəyini bildirib.

“Zərərin tam miqyasını görə bilməmiz üçün qiymətləndirmələr davam edir. Hazırkı hesablamalara görə, Sent Vinsent və Qrenadalarda təxminən 40 min, Qrenadada 100 mindən çox və Yamaykada 120 min insan zərər çəkib.  Onları qiymətləndirməyə davam edəcəyik və ümid edirik ki, proses irəlilədikcə daha aydın bir şəkil əldə edəcəyik”, – deyə açıqlamada bildirilib.

 

 

Ceyhun

Gununsesi.info