Berlində danışıqlar başa çatıb

  • By ilhame
  • 29 Fevral 2024 21:52

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arsında danışıqlar başa çatıb.

 

Azatutyun Ermənistan XİN-in məlumatına istinadla yazır ki, Ceyhun Bayramov və Ararat Mirzoyan son iki gündə iki ölkə arasındanda mümkün sülh müqaviləsinin müddəalarını müzakirə ediblər:

“Nazirlər və onların başçılıq etdikləri nümayəndə heyətləri Ermənistan və Azərbaycan arasında sülhün bərqərar edilməsinə dair ikitərəfli razılaşma layihəsinin müddəalarına dair fikir mübadiləsi ediblər”.

 

Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 28-i və 29-da Ermənistan tərəfi ilə aparılan sülh danışıqları ilə bağlı məlumat yayıb. Məlumata görə, nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib.

 

“Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.” – məlumatda vurğulanır.

 

AzadlıqRadiosunun saytında daha ətraflı xəbər dərc olunub. Oxumaq üçün bio-dakı linkə keçid edin.

Gununsesi.info