Berlində soydaşlarımızla görüş olub

  • By admin
  • 23 Fevral 2020 15:27

Almaniyanın paytaxtı Berlində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla görüş keçirilib. 

Gununsesiaz.info xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, 30-a yaxın ölkədən Berlinə gələn soydaşlarımız, Azərbaycan evlərinin və “Qarabağ” Azərbaycan məktəblərinin rəhbərləri iştirak ediblər.

Görüş zamanı çıxış edən Dövlət Komitəsinin sədri rəhbərlik etdiyi qurumun fəaliyyəti, son illər diaspor təşkilatlarının yüksək səviyyədə təşkilatlanması baxımından həyata keçirilən çoxsaylı layihələr, xaricdəki həftəsonu Azərbaycan məktəblərinin “Azərbaycan dili” dərsliyi ilə təmin olunması və sair barədə danışıb.

Səfir diasporumuzun Ümumavropa Qarabağ mitinqində iştirakını yüksək qiymətləndirib. Qeyd edilib ki, diaspor təşkilatları xeyli güclənib və inkişaf edib. Görülən işlərin soydaşlarımızın birləşməsində, koordinasiya olunmasında, ümumiyyətlə, fəallığının artırılmasında rolu, Azərbaycanın mövqeyinin möhkəmlənməsi, Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həmvətənlərimizin ardıcıl və yorulmaz fəaliyyət göstərdikləri nəzərə çatdırılıb.

Görüşdə çıxış edən təşkilat rəhbərləri və üzvləri bütün dünyada diaspor hərəkatının güclənməsi naminə görülən işləri təqdir etdiklərini bildiriblər.


 

 

 

Gununsesiaz.info