Berlində İkinci Dünya Müharibəsindən qalmış bomba zərərsizləşdirilib - FOTO

  • By admin
  • 11 Noyabr 2019 22:48

Almaniyanın paytaxtı Berlinin Hellersdorf rayonunda İkinci Dünya Müharibəsi vaxtından qalmış 250 kq çəkiyə malik bomba zərərsizləşdirilib.

Gununsesi.org xəbər verir ki, bu barədə Berlin polisi özünün “Twitter”dəki səhifəsində bildirib.

Qeyd edilir ki, bomba yerli vaxtla saat 14:53-də partladılaraq zərərsizləşdirilib. Zərərsizləşdirmə əməliyyatı müvəffəqiyyətlə başa çatıb. “Məhdudlaşdırıcı tədbirlər dayandırılıb və Hellersdorf sakinləri öz evlərinə qayıda bilərlər”, – “Twitter”də bildirilir.

Daha əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, rayonda təxminən 13 min nəfər bombanın zərərsizləşdirilməsi işləri ilə əlaqədar təxliyyə ediləcək.

Gununsesi.org