İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni ürəyindən əməliyyat olunacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Berluskoninin şəxsi həkimi Alberto Dzanqillo deyib.
Onun sözlərinə görə, əməliyyat gələn həftənin ortalarında keçirilməlidir.
“Diaqnostika zamanı cərrahiyyə müdaxiləsi tələb edən kifayət qədər ciddi patologiya aşkar edilib”, – deyə həkim bildirib. (Trend, İtar Tass)