Berni Sanders koronavirusun İkinci Dünya müharibəsi qədər can alma ehtimalı barədə xəbərdarlıq edib

  • By admin
  • 15 Mart 2020 10:06

ABŞ-ın Demokrat partiyasından prezidentliyə namizəd, Vermont Ştatının senatoru Berni Sanders koronavirus epidemiyasının təsirinin İkinci Dünya savaşı qədər sarsıdıcı ola biləcəyini söyləyib.

Gununsesiaz.info xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Fox News” kanalı tərəfindən məlumat yayılıb.

Berni Sanders itkilərin ABŞ üçün baha başa gəlməsi ehtimalı barədə danışaraq, heç kimin bu bəlanın son həddinin nə dərəcədə olduğu, habelə neçə insanın xəstələnə biləcəyi barədə təsəvvürünün olmadığını söyləyib.

“Etiraf etməliyik ki, ölənlərin sayı Silahlı qüvvələrimizin faşizmə qarşı mübarizədə verdiyi itkilərdən çox ola bilər, biz buna görə öz tədbirlərimizi almalıyıq”,-deyə amerikalı senator qeyd edib.

“Fox News kanalı” Berni Sandersin proqnozunun Xəstəliklərə nəzarət üzrə federal mərkəzin təxminləri ilə üst-üstə düşdüyünü vurğulayıb. Belə ki, dövlət qurumu koronavirusdan 200 mindən 1,7 milyona qədər insanın ölə biləcəyini xəbər edib.

İkinci dünya müharibəsində ABŞ-ın itkisi 400 min insan olub, 700 min əsgər isə evinə müxtəlif yara və zədələrlə qayıdıb.

 

 

Gununsesiaz.info