Berti Foqts Azərbaycan futbolunu aşağıladı: "Onlarda inkişaf çox aşağı sürətlə gedir"

  • By admin
  • 25 Avqust 2016 18:20

fokts

“Azərbaycan futbolunda inkişaf çox aşağı sürətlə gedir. Uşaq futboluna daha çox diqqət ayrımaq lazımdır ki, gələcəkdə peşəkar futbolçular yetişsin”.

Gununsesi.info “Qol.az”a istinadən xəbər verir ki, bunu milli komandamızın sabiq baş məşqçisi Berti Foqts deyib.

İsveçin  “expressen.se” saytı Avropa Liqasının pley-off mərhələsində bu gün keçiriləcək “Qarabağ” – “Göteborq” oyunu öncəsi Azərbaycan futbolu ilə bağlı araşdırma aparıb.

Berti Foqts isə sayta açıqlamasında Azərbaycan futbolunu tənqid edib: “Azərbaycanlı futbolçular özlərini çox rahat hiss edirlər. Onlar elə bilirlər ki, hər şeyi bacarırlar. Buna görə də çətin məşqlərə üstünlük vermirlər. Mən belə şeyi sevmirəm.

Deyə bilərəm ki, Azərbaycan futbolunun perspektivi var. Bu barədə nikbin danışmaq olar. Yaxşı stadionları, akademiyaları olan klublar var. Ancaq hər şey infrastrukturla həll olunmur. Azərbaycanda meydançaları boş görəndə əsəbləşirdim”.

Qeyd edək ki, Berti Foqts 2008-2014-cü illərdə millimizi çalışdırıb.