Beş aylıq fasilədən sonra aviabiletlərin satışı başlayır - VİDEO

Mövcud koronavirus pandemiyası ilə əlaqədar sərhədlər bağlanaraq beynəlxalq uçuşlar ləğv olunmuşdu.

Həmçinin turizm şirkətlərinə biletlərin satışı da dayandırılmışdı. Mart-iyul ayları ərzində uçuşlar ancaq təxliyyə məqsədli həyata keçirilirdi.

Gununsesi.info Baku TV-yə istinadla xəbər verir ki, artıq beş aylıq fasilədən sonra bütün turizm şirkətləri bilet satışını pandemiyadan öncəki qaydada, normal formada həyata keçirməyə başlayacaq.

Artıq tərkibində bilet olan turpaketlər də hazırlanır.  Azərbaycan Turizm Agentlyi Asossasiyası tərəfindən təklif verilib ki, testin nəticəsi neqativ olan bütün şəxslər xarici ölkələrə səyahət edə bilsinlər.

Türkiyənin Antalya və Bodrum şəhərlərinə də birbaşa uçuşlar bərpa oluna bilər.

Onu da deyək ki, avqustun 1-dən etibarən həm də London və Berlin şəhərlərinə həftədə bir dəfə olmaqla aviareyslərə icazə veriləcək. Bundan başqa, Dubay və Minskə uçuşların bərpası da istisna edilmir.

Gununsesi.info