
5 avtomobil qaçırmaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il mayın 16-dan cari il martın 5-dək olan müddətdə 5 avtomobili qaçırmaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuş Tahir Abdinov və Natiq Muradov tutulublar.
Anar
Gununsesi.info











