
Amerikalı striptiz rəqqasəsi Cina Skay iş yerində qəza keçirərək sosial şəbəkələri qəhrəmanına çevrilib.
Gununsesi.org “Brobible”yə istinadən xəbər verir ki, beş metr hündürlükdən yerə yıxılan rəqqasə çənəsini və dişlərini qırıb.
Lakin dözülməz ağrıya baxmayaraq, C.Skay rəqsini davam edib.
Rəqqasə yaşadığı qəza ilə bağlı münasibətini bildirib: “Burada gülməli heçnə yoxdur. Ömrümdə yaşadığım ən dözülməz ağrı idi. Heç düşmənimə də bu ağrıdan keçməyi arzulamıram”.