Beş ölkənin kralı İlham Əliyevi təbrik edib

  • By admin
  • 23 May 2017 17:46

ilham_aliyev_main__221216_2

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

Gununsesi.info-nun apa-ya istinadən verdiyi məlumata görə, onun məktubunda deyilir:

“Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirəm”.

Azərbaycan dövlət başçısını 28 May-Respublika Günü münasibəti ilə həmçinin Niderland kralı Villem-Aleksandr, Norveç kralı – V Harald, Belçika kralı Filip və İsveç kralı Karl Qustav təbrik ediblər.

Gununsesi.info