
Şəkinin Cəfərabad kənd sakini 2011-ci il təvəllüdlü Mövlud Nəzir oğlu Qafarov yaşadığı evdə dezinfeksiyaedici və həşəratları məhv etmək üçün istifadə olunan kimyəvi məhlulu saxlandığı yerdən götürərək içib.
Gununsesi.info xəbər verir ki, 5 yaşlı uşaq atasına yaxınlaşaraq dərman içdiyini bildirib. Şəki MRX-dan verilən məlumata görə, iyunun 19-u axşam saat 20:30 radələrində rayonun Cəfərabad kənd sakini, 2011-ci il təvəllüdlü Mövlud Nəzir oğlu Qafarov kəskin zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkimlərin səylərinə baxmayaraq, Mövlud Qafarov xəstəxanada ölüb. (Kanal s)