“Beşbarmaq” gətirən şəxs barəsində araşdırmaya başlanıldı

  • By admin
  • 02 Dekabr 2016 10:18

besbarmaq

Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının əl çantasına gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, baxış zamanı həmin çantada gömrük orqanına bəyan olunmayan 1 ədəd “beşbarmaq” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info