Avropa Liqasının 1/4 final mərhələsinin “Lion”la ilk oyununda stadion əməkdaşını vuran”Beşiktaş” azarkeşi həbs edilib.
Gununsesi.info-nun Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Almaniyada yaşayan 27 yaşlı türk fanat 2 ay müddətinə azadlıqdan məhrum edilib. Üstəlik, həmin şəxsin Fransaya girişinə 2 il müddətinə qadağa qoyulub.
Qeyd edək ki, aprelin 13-də keçirilən “Lion” – “Beşiktaş” matçından öncə baş verən insidentə görə 12 nəfər həbs olunub.
Gununsesi.info