Beşiktaş” “Çelsi”nin futbolçularını razı saldı – İstanbula gəlirlər

Mərkəz hücumçusu transfer etmək istəyən “Beşiktaş” “Çelsi”də çıxış edən Armando Broja ilə danışıqlar aparır.

Gununsesi.info metbuat.az-a istinadən xəbər verir ki, “Beşiktaş”ın yeni prezidenti Həsən Arat seçki öncəsi “Çelsi” ilə danışıqlar apardığını açıqlayıb. Arat vəzifəyə gəldikdən sonra əvvəlcə Fransaya, sonra isə İngiltərəyə gedib. Bildirilir ki, bu səfər zamanı “Beşiktaş” rəhbərliyi bir sıra futbolçularla danışıqlar aparıb. Onlardan biri də Armando Brojadır. İngiltərə klubu ilə 2028-ci ilə qədər müqaviləsi olan hücumçunun “Beşiktaş”a razılıq verdiyi irəli sürülür. Məlumata görə, 22 yaşlı hücumçu “Beşiktaş”da icarə əsasında çıxış edəcək. Armando Broja “Çelsi”nin heyətində 30 rəsmi oyuna çıxıb və bu matçlarda 2 qol vurub, 2 məhsuldar ötürmə verib.

Bundan əvvəl “Beşiktaş” rəhbərliyinin “Çelsi”də əsas heyətdə yer ala bilməyən fransalı müdafiəçi Malanq Sarrla görüşdüyü və transfer barədə razılıq aldığı iddia edilmişdi.

Gununsesi.info