

Bu gün İstanbulun Beşiktaş ərazisində baş verən terror qurbanlarını 30-dan artıq, sıralarında ABŞ, Fransa, Almaniya Hollandiya və digər ölkənin konsulları ziyarətə gəlib.
Gununsesi.info “cnnturk”-ə istinadən xəbər verir ki, səmavi dinlərin təmsilçiləri ilk olaraq Dolmabahçedə bir araya gələrək terroru sərt formada qınadıqdan sonra, “Şehitler Tepesi”ni ziyarət etmək üçün Beşiktaş Bələdiyyə başqanı Murat Hazinedarla birlikdə gəliblər. Onlar hadisə yerində terror qurbnlarını anaraq, ora gül çələngi buraxıblar.
Buraya toplaşan vətədaşların bir çoxu isə diplomatlara qarşı sərt təpki göstərərək, onları terorçulara dəstək verməkdə ittiham ediblər.
Anma mərasimi bitmədən Hollandiya Baş konsulluğunun gül çələngini əlinə alan Türk vətəndaşı “Öldürdülər, indi də çələng göndərirlər. Qatillərn hamısı burada”- deyə, hündürdən onlara tərəf səslənib.
Polis həmin şəxsi hadisə yerindən uzaqlaşdırıb. Polisin bu hərəkəti digər vətəndaşların da qəzəbinə tuş gəldiyindən, onlar da hadisə yerindən uzaqlaşan şəxsə dəstək verərək, diplomatlara sərt təpki göstəriblər. Bundan sonra polis etirazçıları hadisə yerindən uzaqlaşdırıb.
Terror qurbanlarının şəhid olduğu yerə isə Beşiktaş Bələdiyyəsi tərəfindən böyük bir plakat asılıb.
Plakatların birində Mustafa Kamal Atatürkün “Yurtta Sulh, Cihan’da sulh”, digərində isə “Teröre karşı Milyonlarca yürek tek yürek yazarken” ifadəsi yer alıb.
Gununsesi.info